AZ

Ay təxmin etdiyimizdən daha yaşlı ola bilər

Bakı, TurkicWorld

Son tədqiqatlar Ayın düşündüyümüzdən yüz milyonlarla il daha yaşlı ola biləcəyini göstərib.

TurkicWorld xəbər verir ki, Kaliforniya Santa Cruz Universitetinin geoloqu Frensis Nimmo və həmkarlarının apardığı araşdırmalara görə, Ayın təxminən 4,53 milyard il əvvəl əmələ gəldiyi ehtimal edilir.

Alimlər Ayın, Mars ölçüsündə bir cismin Yerə toqquşması nəticəsində meydana gəldiyini düşünürlər. Bu toqquşma nəticəsində Yer materiallarının bir hissəsi orbitə atılaraq , Ayı formalaşdırıb.

İlkin dövrlərdə Ayın maqma okeanına malik olduğu və onun soyumaqla sərtləşdiyi nəzəriyyəsi uzun müddətdir qəbul olunurdu.

Lakin , Aydan götürülmüş sirkon kristallarının analizi bu fikri dəyişib. Uran və qurğuşun nisbətlərinə əsaslanan dəqiq ölçümlər, sirkon kristallarının yaşını 4,46-4,51 milyard il arasında müəyyən edib. Bu isə maqma okeanı nəzəriyyəsi ilə ziddiyyət təşkil edir, çünki belə bir mühitdə sirkon kristallarının yaranması qeyri-mümkündür.

Araşdırma qrupu Ayın 4,35 milyard il əvvəl yenidən əriyərək səthinin dəyişdiyini irəli sürür. Bu proses Ayın daha ekssentrik orbitdə olduğu dövrlərdə gelgit istiliyindən qaynaqlana bilər.

Yeni nəticələr Ayın tarixi haqqında mühüm məlumatlar təqdim etməklə yanaşı, onun Yerlə birgə inkişafını daha yaxşı anlamağa imkan verir. Həmçinin, bu tapıntılar Ayın bəzi kraterlərinin niyə azaldığı və tərkibində Yerdən daha az metal olmasının səbəblərinə də aydınlıq gətirir.

Seçilən
30
turkic.world

1Mənbələr