AZ

Konqoda bərə aşıb, 38 nəfər ölüb, 100 nəfər itkin düşüb

Konqo Demokratik Respublikasının şimal-şərqində bərənin batması nəticəsində azı 38 nəfər ölüb, 100 nəfər itkin düşüb.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə Cənubi Afrikanın SABC radiostansiyası məlumat yayıb.

Xilasedicilər 20 nəfəri xilas edə biliblər, qeyd edilir ki, Busira çayında meydana gələn qəza qurbanlarının sayı xeyli arta bilər.

Hadisə şahidlərinin sözlərinə görə, bərənin göyərtəsində 400-dən çox insan olub. Onlar əsasən Milad bayramını qeyd etmək üçün evə gedən insanlar olub.

Axtarış-xilasetmə əməliyyatları davam etdirilir. Mütəxəssislər hesab edir ki, bərənin aşmasına səbəb göyərtəsində çoxlu adamın olmasıdır.

Seçilən
11
2
nocomment.az

10Mənbələr