AZ

Millinin sabiq yarımmüdafiəçisi ilə müqaviləyə xitam verildi

«Sumqayıt»da gözlənilməz hadisə baş verib.

«Kimyaçılar» Rəhim Sadıxovla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.

Yarımmüdafiəçinin düşərgədən göndərilməsi tlə bağlı qərar Vaqif Cavadova məxsusdur.

Samir Abasovun gedişindən sonra baş məşqçi səlahiyyətlərini yerinə yetirən mütəxəssis yığmanın sabiq üzvünün xidmətində maraqlı olmayıb.

2019-2022-ci illərdə də "Sumqayıt"ın formasını geyinmiş R.Sadıxovun son klubu "Zirə" olub. O, iki illik fasilədən sonra "gənclik şəhəri" təmsilçisinin düşərgəsinə dönmüşdü.

Lakin ikinci qayıdış özünü doğrultmadı. Abasov kimi, Cavadov da ondan istədiyi oyunu meydanda görmədi.

SPORTİNFO.AZ

phrase_var_article.chosen
10
sportinfo.az

1phrase_var_article.sources