AZ

Elmar Baxşıyev: “Bu komandanı mən yığmışam”

Azərbaycan Premyer Liqasının XVIII turunun “Qarabağ” – “Araz-Naxçıvan” oyunundan (0:2) sonra qonaq komandanın baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– Yaxşı oyun alındı. Dinamika baxımından hər iki komanda hərəkətliydi. Ümumi götürəndə, qışa qədərki oyunlarımız arasında ən yaxşılarından biriydi. Amma məğlub olduq. Komanda olaraq yaxşı iş gördük. Qışdan sonra da çalışacayıq ki, üst pillələrdəki yerimizi qoruyaq.

– Ofsayd səbəbindən ləğv edilən qolunuzun təkrarına baxdınız? Sizcə, qərar haqlı idi?
– Mənim fikrim başqa cür yozulur, hakimlərin fikri də başqa. Keçən oyundakı epizodumuzda da bizim gördüyümüz 11 metrədir. Lakin onlar fərqli qərar verirlər. Bu futbolda olan prosesdir. Barışmaq lazımdır. Bugünkü epizdoumuz da qola oxşadı. Amma qərar fərqli oldu. Qərarlarına hörmətlə yanaşırıq.

– Elə ötən oyundakı epizodla bağlı nə düşünürsüz?

– Ümumi götürəndə biz də bilirik ki, cərimə meydançası daxilində yüngül toxunuş olmur. Sadəcə diqqətsizlik olur.

– “Araz-Naxçıvan”ın nəticələri bir çoxları üçün gözlənilməzdir. Özünüz üçün də belədir?
– Heç kəs inanmasa da bu komandanı mən yığmışam. Bunu edəndə də futbolçuların potensialına bələd idim. Oyun planında bu komandanı istəyirəm deyə bilmərəm. Çünki daha yaxşı ola bilərik. Ümid edirəm ki, fasilədən sonra oyunumuzu daha da artıracayıq.

– Qış hazırlığı ilə bağlı planlar necədir?
Ölkə daxilində qalacayıq.

– Fasilədə yeni transferlər gözlənilir?
– Yeni futbolçular ola bilər. Güclənməyə həmişə ehtiyac olur.

Mirkamal

Seçilən
12
1
futbolpress.az

2Mənbələr