AZ

Elmar Baxşıyev sayılmayan qol və oyunları haqda

style='margin-bottom:10px;'>

Misli Premyer Liqasının 18-ci turunun “Qarabağ” – “Araz-Naxçıvan” oyunundan (2:0) sonra qonaq komandanın baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırıb.

QOL.az futbolpress.az saytlna istinadən xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– Yaxşı oyun alındı. Dinamika baxımından hər iki komanda hərəkətliydi. Ümumi götürəndə, qışa qədərki oyunlarımız arasında ən yaxşılarından biri idi. Amma məğlub olduq. Komanda olaraq yaxşı iş gördük. Qışdan sonra da çalışacağıq ki, üst pillələrdəki yerimizi qoruyaq.

– Ofsayd səbəbindən ləğv edilən qolunuzun təkrarına baxdınız? Sizcə, qərar haqlı idi?

– Mənim fikrim başqa cür yozulur, hakimlərin fikri də başqa. Keçən oyundakı epizodumuzda da bizim gördüyümüz 11 metrədir. Lakin onlar fərqli qərar verirlər. Bu, futbolda olan prosesdir. Barışmaq lazımdır. Bugünkü epizodumuz da qola oxşadı. Amma qərar fərqli verildi. Qərarlarına hörmətlə yanaşırıq.

– “Araz-Naxçıvan”ın nəticələri bir çoxları üçün gözlənilməzdir. Özünüz üçün də belədir?

– Heç kəs inanmasa da, bu komandanı mən yığmışam. Bunu edəndə də futbolçuların potensialına bələd idim. Oyun planında məhz bu komandanı istəyirəm, deyə bilmərəm. Çünki daha yaxşı ola bilərik. Ümid edirəm ki, fasilədən sonra oyunumuzu daha da artıracağıq.

– Qış hazırlığı ilə bağlı planlar necədir?

- Ölkə daxilində qalacağıq.

– Fasilədə yeni transferlər gözlənilir?

– Yeni futbolçular ola bilər. Güclənməyə həmişə ehtiyac olur.

Seçilən
14
1
teleqraf.com

2Mənbələr