AZ

Müharibənin üçüncü ildönümünə Rusiyanı yeni sanksiyalar gözləyir

Avropa İttifaqı 2025-ci ilin fevralında Ukraynada müharibənin başlanmasının üçüncü ildönümünə qədər Rusiyaya qarşı yeni sanksiyalar paketini tətbiq etməyi planlaşdırır.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı hazırlıq işlərinə artıq başlanılıb.

Bu, 16-cı sanksiyalar paketi olacaq.

Aİ diplomatlarının qeyd etdiyi kimi, tədbirlər “Moskvaya aydın siqnal göndərmək” məqsədi daşıyır. Paket Rusiya iqtisadiyyatının “hələ təsirə məruz qalmayan və ya kifayət qədər təsir göstərməyən” konkret sektorlarına qarşı cəza tədbirlərini əhatə edir.

Bundan əlavə, yeni paketdə “Rusiya rejiminin təbliğatçısı” hesab edilən və Ukraynanın ərazi bütövlüyünün pozulmasına görə məsuliyyət daşıyan şəxslərə və təşkilatlara qarşı əlavə sanksiyalar da yer alacaq.

Avropa Komissiyası və Avropa Xarici Fəaliyyət Xidməti həmçinin Rusiyaya casusluqda iştirak edən və dezinformasiya kampaniyaları aparan şəxslərə, o cümlədən Almaniyanı hədəf alanlara səyahət qadağaları və aktivlərinin dondurulmasını planlaşdırır.

Seçilən
18
unikal.az

1Mənbələr