"Şamaxı" Misli premyer-liqasının evdə keçirilən 18-ci tur matçında "Sabah"ı məğlub etdi - 3:1.
"Football-plus.az" xəbər verir ki, "şirlər"in baş məşqçisi Ayxan Abbasov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.
- Çox vacib qələbə qazandıq. Uzun zamandı ki, 3 xala həsrət idik. Son 4 matçda komandamın performansından razı qalmışdım. Bu gün qələbəyə layiq çıxış etdik. Xeyli qol epizodu yaratdıq. İkinci hissədə daha diqqətli oynadıq. Artıq gənc futbolçularımız inkişaf edir. Onları futbolumuza qazandırmaq lazımdı. Bilirik ki, rəqiblərimiz mövsümün ikinci yarısında daha güclü olacaq. Bu üzdən, fasilədə heyətimizə yeni futbolçular cəlb etmək istəyirik. Keyfiyyətli təlim-məşq toplanışı keçmək istəyirik.
- Qış toplanışıyla bağlı plan necədi?
- Bakıda olacağıq. "Zirə" və "Sabah"la yoxlama oyunumuz var. Futbolçuların istirahət etməsi üçün vaxt azdı.
- Mövsümün əvvəlində ilk iki dövrədə toplamaq istədiyiniz xal nə qədər idi?
- Minimum 15 maksimum 20 xal toplamaq istəyirdik. Bəzi oyunlarda istədiyimiz nəticələri qazanmadıq. Çempionat gərgin keçir. Məsələn, heç kim "Neftçi"nin ilk "üçlük"də olmayacağını düşünmürdü. Ötən mövsüm də "Qəbələ"nin premyer-liqanı tərk etməsi sürpriz oldu. İndiyə qədər topladığımız xal pis deyil.
- Vasili Berezutskiyə ilk məğlubiyyətini yaşatdız...
- Hansısa məşqçiyə qarşı xüsusi hazırlaşmıram. Bura o qədər təcrübəli məşqçilər gəlib ki... Bəziləri baş çıxara bilməyib. Premyer-liqa Berezutski üçün yaxşı təcrübədi. Murad Musayev də ölkəmizdə böyük təcrübə topladı. Nuri Şahin əvvəl Türkiyədə işlədi, indi isə "Borussiya"nı çalışdırır. Məncə, Berezutski üçün burada çalışmaq faydalı olacaq.
- Sanki Adil Nağıyevlə Giorgi Kantariyanın ayrılığı komandanın oyununa müsbət təsir edib... Bəlkə də təsadüfdü...
- Onların gedişindən sonra gənclərə şans verdik. Hamısı ilk oyunlarını yaxşı keçirdilər. Ümumiyyətlə, "Səbail"ə uduzduqdan sonra komandada eniş yaşandı. Cəzalı və zədəlilərimiz də çox oldu. Gənclərimiz həmin oyunlarda təcrübə topladı.
KƏNAN BAHADIR
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta