AZ

Yeni yaradılacaq ixtisaslar üçün tədris proqramları varmı? VİDEO

Bir müddət öncə ali təhsilin bakalavriat, magistratura, eyni zamanda rezidentura səviyyəti üzrə ixtisasların təsnifatı təsdiq edildi. 7 yeni ixtisas əlavə olundu.

Yeni ixtisaslar yaradılır, bəs həmin ixtisasları tədris edəcək mütəxəssislər, onlar üçün kifayət edəcək tədris proqramları varmı?

Xezerxeber.az-ın xəbərinə görə, təhsil eksperti Kamran Əsədov onu da bildirib ki, ixtisas seçilməmişdən əvvəl o sahə üzrə mütəxəssislərin olub-olmaması araşdırılmalıdır. Bu ixtisasları tələbələrə öyrədə bilən mütəxəssislərin olması lazımdır. Müasir ixtisasların tədrisi prosesində həm də infrastruktur qurulması vacib amillərdəndir.

Ekspertlər hesab edirlər ki, yeni yaradılan və adında dəyişiklik olan ixtisaslar təkcə milli təhsil sisteminin yenilənməsi üçün deyil, ümumilikdə ölkənin iqtisadi, texnoloji və sosial inkişafına dəstək göstərən sahələr üçün kadr hazırlığına yol açacaq. Tələbələrin bu imkanlardan yararlanması üçün isə təhsil müəssisələrində müasir laboratoriyaların, praktik mərkəzlərin olması mütləqdir ki, tələbələr tədris prosesində nəzəri biliklərlə yanaşı, praktiki təcrübələrə də yiyələnə bilsinlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
19
xezerxeber.az

1Mənbələr