AZ

Serbiyada tələbələr ayağa qalxdı - Baş nazir istefaya çağırıldı

Serbiyanın paytaxtı Belqradda tələbələr, onların valideynləri və müxalifətçilər kütləvi etiraz aksiyası keçirib.

Teleqraf.com xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Məlumata görə, aksiyanın keçirilməsinə səbəb Novi Sad dəmir yolu vağzalında baş vermiş faciə ilə bağlıdır. Aksiyaya kənd təsərrüfatı sektorunun nümayəndələri və mədəniyyət xadimləri də qoşulub.

Etirazçılar əllərində hakimiyyəti tənqid edən plakatlar tutaraq Belqradın mərkəzindəki Slaviya meydanına toplaşıblar. Bəzi fermerlər mitinqə traktor gətiriblər. Teatr truppaları, idmançılar, mədəniyyət xadimləri və müxalif siyasətçilər tələbələrə dəstək olduqlarını bildiriblər.

Etiraz edən tələbələr baş nazir Miloş Vuçeviç və Novi Sad şəhərinin meri Milan Djuricin istefasını, etirazlarda saxlanılanların azad edilməsini tələb edirlər. Bu tələblər müxalifətin tələbləri ilə üst-üstə düşür.

Xatırladaq ki, noyabrın 1-də Novi Sadda vağzal binasının beton talvarının uçması nəticəsində 14 nəfər ölüb.


Müəllif: Arzu
phrase_var_article.chosen
12
1
teleqraf.com

2phrase_var_article.sources