Bir komandanın puldan bu qədər asılı olması…
Azərbaycanda bunun nümunəsi «Turan Tovuz»dur.
Kurban Berdiyev bura yeni iz buraxmağa, iş görməyə gəlməyib. Kim bunun əksini iddia edərsə, əmin olun - həmin şəxsin əqli problemi var.
Berdiyev «xam» tapıb. O «xam» isə Ehtiram Quliyevdir. İş adamı Premyer Liqanın digər klublarının həsəd aparacağı qədər mükafat təyin edib.
Hər həftə 50-100 min manat qazanmaq şansı var «Turan»ın futbolçularının. Bir qul bu qədər gəlirdən imtina etməz.
«Turan»da üst-üstə 5 futbolçu saymaq olmaz ki, Berdiyevlə çalışmasına sevinsin. Onlar, sadəcə, çoxlu maaş alırlar.
Layiq olduqlarından bir neçə dəfə artıq. Bilirlər ki, «x» bir klubun yolunu tutsadar, həmin məbləğin yarısını da qazanmayacaqlar.
Odur ki, Berdiyevlə işləmək zillətinə birtəhər qatlaşırlar, baş məşqçinin hər sözünü götürürlər, dinmirlər.
«Neftçi» ilə dünənki qarşılaşmanın ilk hissəsində Berdiyevin sərt siması, kənardan qışqırmağı da «Turan»a kömək etmədi. Oynaya bilmədilər, çırpındılar.
Meydanın ortasında «boğuldular». Yalnız ikinci yarıda xatırladılar ki, bura Tovuzdur, bir azdan tribunadakılar onları fitə basacaq. Yenə bir standart vuruş və qol…
«Turan» budur!
Yalnız «vur qabağa»dan, standart oyun epizodlarından asılıdır.
Ehtiram Quliyev də sevinə-sevinə hər yerdə deyir ki, baxın, mənim də komandam var…
MUSA