AZ

Ağstafada dəhşət: 18 yaşlı arvadını atasının evində ÖLDÜRDÜ

Ağstafada ər həyat yoldaşını qətlə yetirib.

Modern.az xəbər verir ki, 18 yaşlı Mədinə Qədimova qətlə yetirilib.

Məlumata görə, hadisəni törətməkdə Vurğun qəsəbə sakini 23 yaşlı İlyas Qədimov şübhəli bilinir. Onun həyat yoldaşı aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

İlkin məlumata görə, hadisə Mədinə Qədimovanın atasının evində baş verib.

Meyit müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ağstafa rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Seçilən
12
7
modern.az

10Mənbələr