ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Rusiya-Ukrayna münaqişəsinin həlli üçün Rusiya prezidenti Vladimir Putinlə görüşü gözləyəcəyini bildirib.
Tramp Putinin onunla tez bir zamanda görüşmək istədiyini dediyini vurğulayıb. O əlavə edib ki, bunu “müharibənin bitməsi” üçün səbirsizliklə gözləyəcək.
Tramp Rusiya-Ukrayna münaqişəsini "dəhşət" adlandırıb və həmçinin təkrarlayıb ki, Ağ Evin hazırkı rəhbəri Co Baydenin yerinə prezident olsaydı, bu müharibə baş verməzdi.
Mənbə: unikal.az