“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Premyer Liqada “Aston Villa”ya uduzduqları oyunu şərh edib.
Futbolpress.az xəbər verir ki, mütəxəssis 1:2 hesabıyla bitən görüşlə bağlı bunları deyib:
“İlk hissədə çox yaxşı oynadıq. Fasilədən sonra inamsız təsir bağışladıq. “Aston Villa”nı təbrik edirəm, onlara bu ruhda oynamağa davam etməyi arzulayıram.
Şanslarımız olur, lakin bir andan sonra sürətimiz aşağı düşür. Ediləcək nəsə yoxdur. Oynasaq da, rəqib daha effektiv ola bilmir. Şanslarımızı boşa veririk və rəqiblər isə maksimum dəyərləndirir”.
“Mançester Siti” 17 turdan sonra 27 xalla 6-cı sıradadır.