Bakı. Trend:
İspaniya La Liqasının 19-cu turunda "Real Madrid" doğma meydanda"Sevilya"ya qarşı keçirdiyi qarşılaşmada 4:2 hesablı qələbə əldəedib.
Trend-inməlumatına görə, bu nəticə "kral klubu"nun xal ehtiyatını 40-açatdıraraq turnir cədvəlində ikinci pilləyə yüksəlməsinə səbəbolub.
Hazırda turnir cədvəlinə 41 xalla "Atletiko Madrid" liderlikedir. "Barselona" isə 38 xalla üçüncü yerdə qərarlaşıb. La Liqadaliderlik uğrunda mübarizə gərgin şəkildə davam edir.