AZ

Braziliyada təyyarə binalara çırpılıb

Braziliyanın cənubundakı Rio-Qrande-du-Sul ştatında yerləşən Kanela hava limanından havaya qalxdıqdan bir neçə dəqiqə sonra kiçik şəxsi təyyarə qəzaya uğrayıb.

Bu barədə ştatın qubernatoru Eduardo Leyti bildirib.

İlkin məlumata görə, təyyarədə olan 10 sərnişindən heç kim sağ qalmayıb. “G1” portalı qeyd edib ki, təyyarə Braziliyanın cənub-şərqindəki San-Paulu ştatına uçurmuş.

Belə ki, təyyarə mebel mağazası və otellərin yerləşdiyi binalara çırpılıb. Qəzadan sonra yanğın baş verib.

Hoteldə qalan 15 nəfər xəstəxanaya aparılıb. Təyyarə yerli biznes meneceri Luis Klaudio Salgeyro Qaleaziyə məxsus olub, lakin onun sərnişinlər arasında olub-olmadığı hələlik məlum deyil.

“Cebheinfo.az”

Seçilən
10
23
cebheinfo.az

10Mənbələr