Bakı. Trend:
Almaniya kansleri vəzifəsinə namizədlər arasında populyarlıqreytinqində "Almaniya üçün Alternativ" (AfD) partiyasının həmsədriAlice Weidel birinci yeri tutur.
Trend-in Bildqəzetinə istinadən verdiyi məlumata görə, bu nəticə INSA sosiolojiinstitutunun apardığı sorğunun nəticələrinə əsaslanır.
Respondentlərin partiya seçimində isə CDU/CSU bloku 32% dəstəkilə liderlik mövqeyini qoruyur. AfD partiyası 20% ilə ikinciyerdədir. Onu 16% dəstəklə hakim Almaniya Sosial DemokratPartiyası, 12% ilə Yaşıllar, 8% ilə Sara Vaqenknextin Ağıl vəƏdalət Uğrunda İttifaqı və 5% ilə Azad Demokrat Partiyasıizləyir.
Qeyd edək ki, Almaniyada erkən parlament seçkiləri 2025-ci ilfevralın 23-nə təyin olunub.