Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2024/2025-ci illər mövsümünün 15-ci turuna yekun vurulub.
Arena.az xəbər verir ki, 2024-cü ilin sonuncu turunun sonuncu oyun günündə iki qarşılaşma baş tutub.
“Boxum” doğma meydanda qarşılaşdığı “Haydenhaym”ı 2 cavabsız qolla məğlub edib.
Səfərdə “Volfsburq”la üz-üzə gələn Dortmund “Borussiya”sı da ilə inamlı qələbə ilə yekun vurub.
Beləliklə, 15 turdan sonra 36 xala malik “Bayern” qış çempionu olub. Ötən mövsümün qalibi “Bayer” hazırda 32 xalla ikincidirsə, “Ayntraxt” və “Leypsiq” hərəyə 27 xal toplayıblar. “Maynts”, Dortmund “Borussiya”sı və “Verder”in 25, Mönhenqladbax “Borussiya”sı və “Frayburq”un isə 24 xalı var.
Almaniya, Bundesliqa
15-ci tur
20 dekabr
Bayern – Leypsiq 5:1
Qollar: Musiala, 1. Laymer, 25. Kimmix, 36. Sane, 75. Deyvis, 78 – Şeşko, 2.
21 dekabr
Ayntraxt – Maynts 1:3
Qollar: Kristensen, 75 – K.Santos, 15-öz qapısına. Nebel, 27; 58.
Hoffenhaym – Borussiya (Mönhenqladbax) 1:2
Qollar: Kramariç, 58-pen – Sander, 23. Plea, 61.
Holştayn – Auqsburq 5:1
Qollar: Rosenbom, 12. Harres, 32; 35. Maşino, 39; 90+1 – Klod-Mauris, 5.
Ştutqart – Sankt Pauli 0:1
Qollar: Eggeştayn, 21.
Verder – Union Berlin 4:1
Qollar: Qrüll, 13; 17. Vayzer, 45. Stage, 87 – Şafer, 23.
Bayer – Frayburq 5:1
Qollar: Şik, 45+1; 67; 74; 77. Virts, 51. – Qrifo, 55.
22 dekabr
Boxum – Haydenhaym 2:0
Qollar: Broşinski, 6. Bero, 38.
Volfsburq – Borussiya (Dortmund) 1:3
Qollar: Vavro, 58 – Malen, 25. Bayer, 28 Brandt, 30.