“Milan”ın sahibi Gerri Kardinale İtaliya klubunu alması prosesi haqda məlumat verib.
Publika.az xəbər verir ki, o, “rossoneri”nin biznes potensialından da danışıb.
“Milan”ı alanda bir idman klublarının amerikalı sahibləri mənə zəng edərək dedilər ki, sən dəlisən. Onlar mənə dedilər ki, İtaliyada iş görmək, pul qazanmaq mümkün deyil. Onlar çempionluğu hər şeydən üstün tuturlar və bu da, tez-tez ulduzlardan ibarət komandaya həddən artıq pul xərcləməyin qalibiyyətlə xətti şəkildə əlaqəli olduğunu düşünmək kimi səhvə gətirib çıxarır. Ancaq bu, investor kimi edə biləcəyiniz ən pis şeydir.