AZ

"Avropa Ukraynadakı münaqişəni uduzdu" - Orban

Avropa “kommunikasiya hiylələrinə” əl ataraq bunu inkar etməyə çalışsa da, Ukraynadakı münaqişəni uduzdu.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, bu barədə Macarıstanın baş naziri Viktor Orban deyib. 

Orban əlavə edib ki, “qələbənin məğlubiyyət, məğlubiyyətin isə qələbə olduğunu” izah etməyə çalışmaq daha çox Corc Oruellin “1984” romanını xatırladır.

Macarıstanın baş naziri əlavə edib ki, 2022-ci ilin aprelində Moskva və Kiyevin sülh sazişini bağlanmasına saatlar qalsa da, bu, “Qərbin müdaxiləsi səbəbindən” mümkünsüz olub.

phrase_var_article.chosen
9
1
unikal.az

10phrase_var_article.sources