Bakı. Trend:
Böyük Britaniya ordusunda yayda tətbiq edilən 6 faizlikəməkhaqqı artımına baxmayaraq, hərbçilərin kütləvi şəkildə ordudanayrılma prosesi davam edir.
Trend xəbər verirki, son bir il ərzində, oktyabr ayına qədər, silahlı qüvvələrdən 15min 119 nəfər çıxıb. Onlardan 7778 nəfəri öz istəyi ilə ordudanayrılan hərbçilər olub. Bu müddət ərzində orduya cəlb edilən yenişəxslərin sayı isə 12 mindən bir qədər çox olub ki, bu da ümumişəxsi heyətin azalmasına səbəb olub.
Hazırda Böyük Britaniyada hər min nəfərə cəmi iki hərbçi düşür.Bu rəqəm tarixdə qeydə alınan ən aşağı göstəricidir. Hökumət hərbipersonalın ordudan ayrılmasının qarşısını almaq məqsədilə iyulayında son 22 ilin ən böyük maaş artımını tətbiq edib, əlavəödənişlər təklif edib. Lakin bu tədbirlər istənilən nəticəniverməyib.
Məlumatlara görə, sıravi əsgərlərin real əməkhaqları 2011-ciildən bu yana cəmi 1.9 faiz artıb. Müqayisə üçün, bu göstərici gənchəkimlər üçün 13.39 faiz, qatar maşinistləri üçün isə 10.14 faiztəşkil edir. Yeni qoşulan əsgərlər isə hələ də ölkədə ən aşağı maaşalan dövlət qulluqçuları sırasında yer alır.