Beləliklə, komandalar biraylıq qış fasiləsinə yollanır. Matçı maraqlı edən həm də Juninyo amilidi. Bu, “Sevilya”dan ciddi təklif alan, hətta klubla anlaşdığı deyilən futbolçu üçün vida matçı da ola bilər. Juninyosevərlər böyük sevgi, həm də qəhər hissi ilə bu oyuna baxacaq, bəlkə də gözləri dolacaq. Maraqlıdı, bəs “Qarabağ Ordu” Juninyo ilə hansısa şəkildə vidalaşmağı düşünürmü? Fanklub “Football-plus.az”a belə cavab verdi:
“Xeyr, bizim üçün çox da əhəmiyyət daşımır. Hansısa vidalaşma mərasimi nəzərdə tutmamışıq”.
RÖYANƏ OĞUZ