AZ

Bakıda qəzada ölən 3 nəfər gəlinin bibiləri imiş - Toy təxirə salındı + FOTO

Bakının Qaradağ rayonunda baş verən ağır avtomobil qəzasının bəzi detalları məlum olub.

Baş Dövlət Yol Polis İdarəsinin inspektoru polis baş leytenantı bildirib ki, ağır yol-nəqliyyat hadisəsi saat 16:15-də Bakı-Qazax yolunun 17-ci kilometrliyində qeydə alınıb.

“Mersedes-Benz” markalı 77-NT-576 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi idarəetməni itirərək yol kənarındakı iaşə obyektinə çırpılıb.

Avtomobilin içərisindəki 3 nəfər həyatını itirib.

Xilasedicilər tərəfindən xüsusi vasitələrin köməyi ilə yol-nəqliyyat hadisəsi zamanı həyatını itirmiş üç nəfərin - 1960-cı il təvəllüdlü Xatun Tofiq qızı Əliyeva, 1964-cü il təvəllüdlü Akif Əlisamid oğlu Əliyev və 1967-ci il təvəllüdlü Lətafət Tofiq qızı Əliyevanın meyiti avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Titul.az oxu.az-a istinadən xəbər verir ki, qəzada ölən şəxslər dekabrın 24-də baş tutacaq toy məclisi üçün Bakıya gəlirmişlər.

Onların gəlinin bibiləri olduğu bildirilib.

Qeyd edək ki, nəzərdə tutulan toy məclisi təxirə salınıb.

Faktla bağlı araşdırma aparılır.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri

Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

phrase_var_article.chosen
20
7
titul.az

10phrase_var_article.sources