ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp deyib ki, onun administrasiyası yalnız kişi və qadın cinslərinin olduğu gender siyasətini davam etdirəcək.
“Report” xəbər verir ki, bu fikri Tramp Arizona ştatının Feniks şəhərində keçirilən “America Fest” konfransında səsləndirib.
“Tramp Administrasiyası dövründə ABŞ hökumətinin rəsmi siyasəti ondan ibarət olacaq ki, yalnız iki cins var: kişi və qadın. Bu qədər mürəkkəb səslənmir, elə deyilmi?”, - deyə o əlavə edib.
Biznesmen Vivek Ramasvami ilə birlikdə hökumətin səmərəliliyini artırmaq və bürokratiya ilə mübarizə aparmaq üçün Tramp administrasiyasında yeni departamentə rəhbərlik edəcək İlon Mask demokrat Cozef Baydenin hazırkı administrasiyasının gender siyasətini də tənqid edib.
Tramp həmçinin əlavə edib ki, vəzifəsinin ilk günündə o, hazırkı Amerika lideri Co Bayden tərəfindən enerji istehsalına qoyulan bütün məhdudiyyətləri aradan qaldıracaq.