AZ

Tramp LGBT-yə "ölüm hökmü" kəsdi: ABŞ-da yalnız iki cins olacaq – kişi və qadın

ABŞ-ın seçilmiş prezidenti Donald Tramp Arizona ştatında keçirilən Turning Point USA konfransında çıxışı zamanı ölkədə yalnız iki cinsin – kişi və qadın cinslərinin tanınacağı siyasəti təsdiqləyəcəyini elan edib.

Musavat.com-un hazırladığı xəbərə görə, Tramp bildirib ki, onun administrasiyası dövründə ABŞ hökumətinin rəsmi siyasəti yalnız iki cinsin – kişi və qadının mövcudluğunu qəbul edəcək.

Tramp bunu belə ifadə edib:
“Bu, xüsusilə çətin səslənmir, elə deyilmi?”

Musavat.com bildirir ki, bu açıqlama getdikcə daha çox dövlətdə rəsmən təsdiqlənən LGBT kabusuna ABŞ-da "ölüm hökmü" çıxartmaqdır.

 

Musavat.com

phrase_var_article.chosen
38
50
musavat.com

10phrase_var_article.sources