AZ

Gürcüstan Prezidenti hakimiyyətə 1 HƏFTƏ VAXT VERDİ

Gürcüstan Prezidenti Salome Zurabişvili hakimiyyətə yeni parlament seçkilərinin təyin edilməsi üçün bir həftə vaxt verir.

Publika.az "Sputnik Georgia"ya istinadla xəbər verir ki, ölkə lideri bu barədə müxalifətin mitinqində çıxışı zamanı məlumat verib.

O, dekabrın 23-də vətəndaşlar üçün daha təfərrüatlı videomüraciət çəkəcəyini vəd edib və səhnədəki texniki problemlərə görə indi çıxış edə bilməyəcəyini bildirib.

“Onlar mənə söz verdilər ki, tezliklə dəmir barmaqlıqlar arxasına düşəcəm, amma biz qorxmuruq”, - Zurabişvili mikrofonu sönməzdən əvvəl bu sözləri deməyi bacarıb.

Prezident qeyd edib ki, onlar onun çıxışını pozmağa çalışırlar.

phrase_var_article.chosen
18
1
publika.az

1phrase_var_article.sources