"Bu gün futbolçular çox əla mübarizə apardılar".
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri Super Liqanın 17-ci tutunda "Antalyaspor"u 2:0 hesabı ilə məğlub edən "Qaziantep FK"nın baş məşqçisi Selçuk İnan oyundan sonra deyib.
O bildirib ki, qalib gəldikləri üçün çox sevinclidir: ""Antalyaspor" son bir neçə həftədir yaxşı oynayan və istədiyini əldə edən komandadır. Özünəgüvənli, yaxşı oyunçuları var. Ancaq biz də yaxşı hazırlaşdıq. Oyunçularım bu matçı qazanmaq üçün bütün gücünü ortaya qoydu. Əgər so ötürmələrdə daha dəqqi oynasaydıq, nəticə daha fərqli ola bilərdi. Qələbə üçün çox xoşbəxtəm. Futbolçularım üçün qürur duyuram, çox əla mübarizə apardılar..."
Fərid ASLAN
MİA.AZ