AZ

"Ukrayna ordusunu dirçəltmək üçün milyardlarla dollar investisiya lazımdır" - Yan Lovett

"Ukrayna hərbi-sənaye kompleksini yenidən dirçəltmək üçün milyardlarla dollar investisiya və uzun illər lazımdır".

Teleqraf.com xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzetinin jurnalisti Yan Lovett analtik yazısında qeyd edib.

Jurnalist qeyd edib ki, ABŞ-ın yeni prezidenti Donald Trampın inauqurasiyasından sonra Amerikanın Ukrayna tərəfinə hərbi yardım axınını dayandıra bilər. Belə bir vəziyyətdə Ukraynanın hərbi sənaye kompleksinin Rusiyanın hücumlarına dözə bilməyəcək.

Lovett əlavə edib ki, respublikanın hərbi-sənaye kompleksinə dövlət dəstəyi kifayət qədər səviyyədə deyil ki, bu da sektorun özəl şirkətlərdən asılılığından xəbər verir. Onlar ilk növbədə dronların hazırlanması və istehsalına diqqət yetirirlər.

Jurnalist vurğulayıb ki, Ukraynada inkişaf etmiş hərbi-sənaye müəssisələri şəbəkəsinin yaradılması bir ildən çox vaxt aparacaq.


Müəllif: Arzu
Seçilən
17
teleqraf.com

1Mənbələr