“Bilirdik ki, bizi çətin oyun gözləyir”.
Sportinfo.az xəbər verir ki, bu sözləri “Neftçi”nin kapitanı Rza Cəfərov deyib.
Qapıçı Premyer Liqanın 18-ci turunda “Turan Tovuz”a qarşı keçirilən oyundan (1:1) danışıb:
“Turan Tovuz” kifayət qədər güclü komandadır. Üstəlik, evdə, öz azarkeşləri önündə oynayırdı.
Biz də meydana vuruşmaq, qələbə qazanmaq üçün çıxmışdıq. Qalib gəlmək istəyirdik. Təəssüf ki, belə alındı”.