AZ

Azərbaycan müstəqil xarici siyasət yürüdən tamamilə müstəqil aktordur

Məlum olduğu kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyann “RİA Novosti” Agentliyi üçün  “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti-Nedeli” proqramını müəllifi və aparıcısı  Dmitri Kiselyova müsahibə verib.

Prezident müsahibədə qeyd edib ki, xarici siyasətinin xüsusiyyətlərinə görə istər Qərbdə, istərsə də Şərqdə Azərbaycan müstəqil xarici siyasət yürüdən tamamilə müstəqil aktor kimi qəbul edilir.

Azərbaycanın 2020-ci ildə öz torpaqlarını işğaldan azad etməsi, heç bir xarici gücün müdaxiləsinə imkan vermədən hərbi-siyasi müstəqilliyini qoruyaraq, milli maraqlarını təmin etdiyini göstərmişdir.  Azərbaycan 2019-2022-ci illərdə Qoşulmama Hərəkatna sədrlik etmiş və pandemiya dövründə təşkilatın fəaliyyətini fəal şəkildə koordinasiya etmişdir. Bu, ölkənin qlobal miqyasda müstəqil siyasət yürütmə qabiliyyətini və balanslı yanaşmasını nümayiş etdirmişdir.

Eyni ilə enerji siyasəti də buna daxildir. Azərbaycanın TANAP və TAP kimi layihələri təşəbbüs etməsi və həyata keçirməsi, Avropanın enerji təhlükəsizliyində müstəqil aktor rolunu gücləndirmişdir. Ölkə, Xəzər neft və qaz resurslarını beynəlxalq bazarlara çıxararaq öz mövqeyini gücləndirib.

Azərbaycan və Türkiyə arasında müstəqil şəkildə qurulan strateji əməkdaşlıq münasibətləri, ölkənin regional güc mərkəzi kimi təsirini artırıb. Xüsusilə Şuşa Bəyannaməsi bu münasibətlərin yüksək şəkildə olduğunu nümayiş etdirir. Azərbaycan, Rusiya və qərb ölkələri ilə müxtəlif sahələrdə əməkdaşlıq edərkən, hər iki tərəfin müstəqil siyasətə hörmət etdiyini sübut edir. Azərbaycanın Qərb ilə enerji layihələri və siyasi dialoqları, həmçinin Rusiyanın regiondakı təsiri ilə balanslaşdırılmış münasibətləri ölkənin müstəqil xarici siyasətini dəstəkləyir. Azərbaycanın BMT, ATƏT və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində apardığı fəal siyasət, onun müstəqil xarici siyasət kursunun göstəricisidir.

Bütün bunlar Azərbaycanın beynəlxalq arenada həm regional, həm də qlobal miqyasda müstəqil aktor kimi qəbul edilməsinə şərait yaradmış və buna nail olmuşdur.

Ömər Bağırlı,
YAP Xətai rayon təşkilatının könüllüsü

phrase_var_article.chosen
61
ikisahil.az

1phrase_var_article.sources