Kanada parlamentinin Liberal Partiyasından olan üzvlərinin üçdə birindən çoxu baş nazir Castin Trüdonun postunu tərk etməsini istəyir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yayıb.
Qeyd olunub ki, 50-dən çox liberal deputat bu fikri dəstəkləyir, baxmayaraq ki, bunu açıq şəkildə cəmi 21 deputat deyib. Ümumilikdə, liberallar Kanada parlamentində 153 yer tutub.