AZ

Yaponiyada Ay qəsəbəsi tikiləcək

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Yaponiyada 2030-cu illərə qədər Ayın tədqiqi üçün süni cazibə qüvvəsinin mövcud olduğu yaşayış kompleksi istifadəyə veriləcək.
Oxu.Az "Kyodo"ya istinadən xəbər verir ki, ölkənin ən böyük tikinti korporasiyalarından biri olan "Kajima" və özəl Kioto Universitetinin mütəxəssisləri bu layihə üzərində işləməyə razılıq veriblər.
"The Lunar Glass" adlanan fırlanan parabolik strukturun hündürlüyü 400 m, diametri isə 200 m olacaq. Burada 10 min nəfərə qədər şəsxin yerləşə biləcəyi gözlənilir.
Hazırda bir çox yapon korporasiyası Ayın məskunlaşdırılması ilə bağlı müxtəlif layihələr həyata keçirir. Xüsusən də, Yerin təbii peykində hərəkət etmək üçün Yaponiyanın ən böyük avtomobil korporasiyası olan "Toyota Motor" tərəfindən xüsusi maşınlar hazırlanır.
Seçilən
20
27
oxu.az

10Mənbələr