Kanadanın hakim Liberal Partiyasının deputatlarının üçdə birindən çoxu hesab edir ki, ölkənin baş naziri Castin Trüdon öz postunu tərk etməlidir...
Polioqon xəbər verir ki. bu barədə CBC telekanalı məlumat yayıb. Lakin telekanal qeyd edib ki, yalnız 21 deputat öz fikrini açıq şəkildə ifadə edib. Kanada parlamentində isə hazırda 153 liberal deputat var.
“50-dən çox Liberal Partiya deputatı Castin Trüdonun partiyanın ən böyük regional toplantısı zamanı partiya lideri vəzifəsindən getməsi ilə razılaşıb”, deyə CBS telekanalı bildirib.
Bundan əvvəl Kanadanın Yeni Demokratik Partiyasının (NDP) lideri Caqmit Sinq Trüdonu könüllü olaraq istefaya getməyə çağırıb. Siyasətçi hazırkı hökuməti mövcud çağırışların öhdəsindən gələ bilməməkdə ittiham edib. Sinq İcmalar Palatasının növbəti iclasında etimadsızlıq məsələsinə dair səsvermənin keçirildiyini elan edib.
Poliqon.info