ABŞ-ın yeni prezidenti Donald Tramp amerikalı iş adamı İlon Maskın Ağ Evdəki yerini tutacağından qorxmur.
Milyarder ABŞ-dan kənarda doğulduğu üçün ABŞ prezidenti ola bilməz. Tramp bu barədə Arizonada keçirilən AmericaFest konfransında danışıb.
"Bu heç vaxt baş verə bilməz. O, ABŞ prezidenti ola bilməz. Bilirsiz niyə görə, ona görə ki, o, burada doğulmayıb" - Tramp deyib.
ABŞ Konstitusiyasına görə, ölkədən kənarda doğulmuş vətəndaş ölkəyə rəhbərlik edə bilməz.
Cavid Şahverdiyev