İtaliayada aparılan bir araşdırma qəhvənin bağırsaq mikrobiomuna təsirini üzə çıxarıb.
Ucnoqta.az xəbər verir ki, İtaliyanın Trento Universitetinin rəhbərlik etdiyi araşdırma çərçivəsində alimlər 25 ölkədən 54 mindən çox insanın tibbi məlumatlarını təhlil ediblər.
Mütəxəssislər qəhvə içənlərlə içməyənlər arasında mikrob fərqlərini ətraflı araşdırıblar.
Xüsusilə, "Lawsonibacter asaccharolyticus" adlı bakteriyaların qəhvə içənlərdə qəhvə içməyənlərə nisbətən 4,5-8 dəfə daha çox olduğu aşkar edilmişdir.
Mütəxəssislər qəhvənin tərkibindəki bioaktiv komponentlərin, xüsusilə quinik turşusu və triqonelin kimi maddələrin mikrob artımını tetiklediyini açıqlayıblar.