Milli Məclis (MM) kompüter və bir sıra İT avadanlıqları alır.
Pravda.az-ın xəbərinə görə, qanunverici orqan 40 ədəd monoblok, 1 ədəd vorksteyşn, 1 ədəd monitor, 1 ədəd UPS, 20 ədəd ağ-qara printer, 3 ədəd rəngli çox funksiyali printer almaq üçün 224 845 AZN xərcləyəcək.
MM bu məqsədlə "Xeropc" MMC ilə müqavilə bağlayacaq.
Qeyd: Nizamnamə kapitalı 10 AZN olan şirkətin qanuni təmsilçisi İlqar Şahhüseyn oğlu Muxtarlıdır.
Cabir Həsənov
Tarix: 23 Dekabr 2024, 08:25