2022-ci ildə İstanbulda Rusiya ilə Ukrayna arasında aparılan danışıqlar sübut edir ki, münaqişənin həlli mümkünsüz deyil.
Axar.az xəbər verir ki, bu sözləri Macarıstan Baş naziri Viktor Orban bildirib.
O qeyd edib ki, 2022-ci ilin aprelində Rusiya və Ukrayna İstanbulda danışıqlarda ilkin razılığa gəliblər və bu, bir sıra Qərb ölkələrinin təzyiqi ilə baş tutmayıb:
“Razılaşmalar kağız üzərində qeydə alınıb və razılığın əldə olunmasına cəmi bir neçə saat qalmışdı”.
O, Qərbin niyə belə addım atdığını başa düşmədiyini söyləyib.