Braziliyada təyyarə qəzası: ölənlər var
Braziliyanın cənubundakı Rio Grande do Sul əyalətindəki limandan havaya qalxan kiçik ölçülü təyyarə az sonra yerə çırpılıb.
Reyting.az-ın xəbərinə görə, bu barədə qəzanın baş verdiyi Braziliyanın Kanela ştatının qubernatoru Eduardo Leiti bildirib.
İlkin məlumata görə, təyyarənin göyərtəsində 10 sərnişin ola bilərdi. “Mən artıq qəza yerindəyəm. Biz xilasetmə əməliyyatının inkişafını izləyirik. Görünür, qəzada sağ qalan yoxdur. Bütün səylər hazırda ərazini təcrid etmək və ehtimal olunan sağ qalanları xilas etmək məqsədi daşıyır”, - deyə qubernator əlavə edib.
V. QULİYEV