AZ

"Oreşnik" 30 kq-lıq 36 bomba daşıyır: nəyi dəyişə bilər?

Ukraynanın “Oreşnik” raketlərini vura biləcək hava hücumundan müdafiə sistemləri və vasitələri yoxdur.

Axar.az xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Pavel Narojnı deyib.

O əlavə edib ki, hərbi baxımdan Rusiyanın “Oreşnik” raketini buraxmasının heç bir mənası yoxdur:

“O, 1,2 ton ağırlığında döyüş başlığını daşıyır. Açılır və altı alt döyüş başlığı düşür. Onların hər birindən daha altısı açılır. Demək, təxminən 30 kiloqram və ya bəlkə də daha az çəkidə 36 bomba alınır. Kiyevin mərkəzində vurulan həmin “İsgəndər” raketi 450 kiloqramlıq döyüş başlığı daşıyırdı. Xoşagəlməz vəziyyətdir. Bəs bu, hərbi əməliyyatların gedişinə necə təsir etdi? Heç cür”.

Ekspert qeyd edib ki, Rusiyanın “Oreşnik”dən istifadə etməklə manipulyasiyası Ukraynaya deyil, Qərb müttəfiqlərinə təzyiqdir.

phrase_var_article.chosen
3
axar.az

1phrase_var_article.sources