AZ

Bəraət hökmləri ləğv edilən ər-arvad yenidən məhkəmə qarşısında

Külli miqdarda dələduzluqda təqsirləndirilən Aqşin Abdullayev və arvadı Leyla Abdullayevanın barəsindəki qərardan apellyasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub. 

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək ilkin hazırlıq iclası dekabrın 24-nə təyin edilib.

 
Şikayət hakim Cavid Hüseynin sədrliyi ilə araşdırılacaq.

 

Qeyd: Aqşin və Leyla Abdullayevlər əvvəl 5 nəfərin 107 min manat pulunu dələduzluq yolu ilə ələ keçirmə ittihamı ilə mühakimə ediliblər. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Aqşin 6 il 6 ay, Leyla 5 il azadlıqdan məhrum edilib. Sonradan Bakı Apellyasiya Məhkəməsi hökmü ləğv edib və 4 uşaq valideyni olan cütlüyə bəraət verilib. Ali Məhkəmə isə prokurorun və zərərçəkmiş şəxslərin etirazlarını haqlı hesab edib. Qərarda deyilir ki, Ali Məhkəmə apellyasiya instansiyasının gəldiyi nəticə ilə razılaşmır. Kollegiya belə hesab edir ki, bəraət qərarı işin faktiki halları ilə uzlaşmır. Bu əsasla bəraətverici qərar tamamilə ləğv edilib. İş yenidən araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib.

 

Kamal Məmmədov

Tarix: 23 Dekabr 2024, 09:00   
phrase_var_article.chosen
14
pravda.az

1phrase_var_article.sources