İspaniyanın “Barselona” klubunda polşalı futbolçu Robert Levandovskinin effektivliyini itirməsi ilə bağlı narahatlıqlar var.
Msport.az xəbər verir ki, bu barədə “Sport.es” nəşri məlumat yayıb.
Kataloniya təmsilçisi 36 yaşlı hücumçuya güvənir və onun sözləşməsinin müddətini daha bir il artırmağı planlaşdırır. Klub ümid edir ki, forvard yaxın vaxtlarda oyununu yaxşılaşdıracaq, əks halda gələcəkdə tərəflər arasında fikir ayrılığı yaranacaq.
Qeyd edək ki, Levandovski cari mövsüm “Barselona”da 23 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.