Ağstafada kişi dəm qazından boğularaq ölüb.
Bakıvaxtı.az "Report"a istinadla xəbər verir ki, hadisə rayonun Köhnə Qışlaq kəndində qeydə alınıb.
Belə ki, kənd sakini Emin Nadir oğlu Tağıyev evinin hamam otağında dəm qazından zəhərələnərək ölüb.
Faktla bağlı araşdırma aparılır.