AZ

Müəllim tərbiyə verən şəxsdir, yoxsa təhsil?

Sovet dövründə təhsil alan insanlar müəllimi yalnız təhsilverən kimi deyil, həm də tərbiyə verən şəxs kimi görürdülər. Ancaq bu gün, bir çox hallarda müəllim "təhsilverən" olaraq adlandırılır.

 

Hazırkı dövrdə müəllimin funksiyası nədir? O yalnız təhsilverən şəxsdir?

 

AzEdu.az-a açıqlama verən təhsil mütəxəssisi Elşən Qafarov bildirib ki, müəllim təlim-tərbiyə prosesini həyata keçirən əsas simadır:

 

“Müəllim həm tərbiyə, həm də təhsil verir, amma qanunvericilikdə adı təhsilverən olaraq göstərilir. Müəllimin əmək funksiyalarında isə qeyd olunur ki, müəllim təlim-tərbiyə prosesini həyata keçirən şəxsdır. 1 yanvar 2018-ci ildən etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) təsdiq etdiyi Vahid Tarif-İxtisas Sorğu Kitabçasında bütün peşə sahələrində olduğu kimi müəllimlərin də funksiyaları müəyyən edilib.

 

Müəllimin əmək funksiyası təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək, təhsilalanlarda fəal vətəndaş mövqeyinin formalaşmasını təmin etmək, onların müstəqil həyata və əmək fəaliyyətinə hazırlanmasına kömək etməkdən ibarətdir. Müəllim, tədris edilən fənnin xüsusiyyətlərini nəzərə alaraq şagirdlərlə təlim məşğələləri aparır, müxtəlif metodlardan, təlim strategiyalarından istifadə edərək tədris proqramlarının yerinə yetirilməsini təmin edir. O, şagirdlərin dövlət standartları səviyyəsində biliklər əldə etməsini təmin edir, sinifdənkənar tədbirlər həyata keçirir, valideynlərlə müntəzəm əlaqə saxlayır. Müəllim həmçinin tədris intizamının qorunmasına, məşğələlərə davamiyyətin təmin olunmasına nəzarət edir və təhlükəsizlik, sanitariya tələblərinə riayət olunmasına diqqət yetirir. O, həmçinin peşə ixtisasını davamlı olaraq inkişaf etdirməyə çalışır və təlim-tərbiyə prosesinin təkmilləşdirilməsi istiqamətində təkliflər irəli sürür”,- deyə ekspert qeyd edib.

Seçilən
14
azedu.az

1Mənbələr