Baas Partiyası rejimini devirən Hərbi Əməliyyatlar Komandanlığı Esaad Həsən Şeybaninin Suriya müvəqqəti hökumətinin Xarici İşlər Nazirliyinin rəhbəri təyin edildiyini açıqlayıb, Anadolu xəbər verir.
Şeybani bundan əvvəl İdlibdə mülki administrasiyanın siyasi məsələlər şöbəsinin müdiri vəzifəsində çalışıb. O, xarici dövlətlərin və beynəlxalq təşkilatların, o cümlədən BMT agentliklərinin və humanitar strukturların nümayəndələri ilə qarşılıqlı əlaqəyə cavabdeh idi.
Esaad Hassan Sheibani 1987-ci ildə Həsəkədə anadan olub. 2009-cu ildə Dəməşq Universitetinin ingilis dili və ədəbiyyatı fakültəsini bitirib.
2011-ci ildə rejimə qarşı xalq hərəkatına qoşulub və silahlı müqavimətə çevrilən etiraz aksiyalarında fəal iştirak edib.
Oxuməni.az