Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, dekabrın 22-si Şəmsəddinov Fərhad Saqir oğlu “Tofaş” markalı avtomobillə Binəqədi rayon Müşfiqabad qəsəbəsi İzlivnoy küçəsi 2 ünvanın qarşısında yol kənarında dayanmış şəxsi vurub.
Nəticədə piyada Qarayev Simran Vaqif oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Binəqədi RPİ-in İstintaq şöbəsində cinayət işi başlanıb.