Yeni müdafiə naziri PKK-çılara ultimatum verib
Marhaf Əbu Qəsrə Suriya keçid hökumətinin müdafiə naziri olub.
Reyting.az xəbər verir ki, Əbu Həsən əl-Həmavi kimi tanınan Əbu Qəsrə bu ay Bəşər Əsədi devirən “Təhrir əş-Şam Heyəti”nin (HTŞ) yüksək vəzifəli şəxslərindən biridir.
Qəsrə ilk müsahibəsində, sözün əsl mənasında, PKK/YPG/SDG terror təşkilatına ultimatum verib.
“Biz kürd xalqı ilə SDQ arasında fərq qoyuruq. Kürd xalqı da Suriya xalqının bütün digər komponentləri kimi tam hüquqlarını alacaq. Amma heç bir parçalanma, federalizm və ya buna bənzər layihələr olmayacaq. Suriya vahid qalacaq”, - o deyib.
Suriya dövlət xəbər agentliyi SANA yazır ki, Suriyanın yeni administrasiyasının faktiki lideri Əhməd əş-Şara şənbə günü silahlı qruplarla görüşündə yeni Suriyada hərbi qurumun necə formalaşacağını müzakirə edib. Suriyanın yeni administrasiyasının baş naziri Məhəmməd əl-Bəşir bu həftə Müdafiə Nazirliyinin Əsəd ordusunu tərk etmiş keçmiş qruplar və zabitlərdən istifadə etməklə yenidən strukturlaşdırılacağını bildirib.
ELÇİN