AZ

Peruda qeyri-adi əməliyyat: "Qrinç" narkotik alverçilərini yaxaladı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Peru polisi öz əməkdaşlarından birini "Qrinç - Milad oğrusu" filminin personajı kimi geyindirib və o, bu geyimdə narkotik alverçilərinin saxlanılması əməliyyatında iştirak edib.
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyi "X" hesabında məlumat verib.
"Operativ əməliyyat çərçivəsində "Yaşıl dəstə" (əsasən oğurluq və narkotik satışı ilə mübarizə aparan xüsusi polis bölməsi) narkotik alverçilərini cinayət başında tutmaq üçün öz agentlərindən birini "Qrinç" kimi geyindirib", - deyə məlumatda bildirilib.
Daxili İşlər Nazirliyinin yaydığı videoda görünür ki, Santa Klaus geyimində olan "Qrinç" Lima şəhərində keçirilən reyd zamanı narkotik alverçilərinin olduqları evin qapı kilidini çəkiclə sındırır, daha sonra onların saxlanılması və dindirilməsində iştirak edir.
"Bizim "Qrinç" yaxşıdır, o, Milad bayramını sevir, amma cəmiyyətə zərər verən cinayətkarların düşmənidir", - deyə videodakı polis məmuru qeyd edir.
Qeyd edək ki, Peru polisinin öz əməliyyatlarında qondarma personajların geyimlərindən istifadə etməsi ilk dəfə deyil. "Halloween" bayramında (31 oktyabr) "Rosomax" və "Dedpul" komikslərinin qəhrəmanları kimi geyinən polis əməkdaşları narkotik satışı ilə məşğul olan dəstənin üzvlərini saxlayıblar.
phrase_var_article.chosen
8
oxu.az

1phrase_var_article.sources