Beynəlxalq dərəcəli hakim Elçin Məsiyev FIFA-da I kateqoriyaya yüksəlib.
Fanat.Az xəbər verir ki, məlumatı AFFA-nın mətbuat xidməti yayıb.
33 yaşlı referi beynəlxalq oyunlarda yüksək səviyyəli idarəçiliyinə görə buna layiq görülüb.
Beləliklə, ilk dəfə iki hakimimiz I kateqoriyada yer alıb. Daha əvvəl Əliyar Ağayev bu kateqoriyaya yüksəlmişdi. Digər FIFA referisi Kamal Umudlu isə II kateqoriyanı daşımaqda davam edəcək.