AZ

Niyə belə deyilir? - Qarabağın pambıq bəyləri

Dahi Üzeyir Hacıbəyovun məhşur “O olmasın bu olsun” əsəri əsasında çəkilən filmdə Məşədi İbadın papağı başına qoymaqla bağlı tərəddüdü zamanı belə bir ifadə işlədir “Papağı belə qoysam Qarabağın pambıq bəylərinə oxşayacam”. Bu filmdən sonra sitat cəmiyyətdə yayılmış və bu gün də istifadə edilir.
Bu günə qədər də bu filmdən yaranan sitat cəmiyyətdə iki mənada istifadə edilməyə başlanır. Birinci “Layiq olmadığı halda özünü əsilzadə, varlı, imkanlı kimi göstərən, imtiyazlı təbəqəyə aid olduğunu iddia edən şəxslər haqqında istehza ilə işlədilən ifadə” kimi, ikinci isə o dövrün biznesi olan Pambıq istehsalı və satışından sonra varlanan yeni milyonçu-bəylər mənasında.
Lakin daha çox istehza kimi işlədilsə də bu ifadənin tarixi kökünü bilməyənlər gen boluna bu sözü deyirlər. Əzizlərim bu ifadənin indi əsl səbəbinə baxaq, sonra qərar verək-istehza edək yoxsa onlarla fəxr edək.
Tarix elminin tədqiqatlarına görə Qarabağ düzündə qədimdən pambıq, üzüm, taxıl və subtropik meyvələr yetişdirilir, heyvandarlıq inkişaf etmişdir, qış otlaqları var.
Azərbaycanın cənub–qərbində yerləşən Qarabağ xalça məktəbi iki regionda–dağlıq və aran zonalarında inkişaf etmişdir. Yazılı mənbələrdə ərəb tarixçiləri Əl–Müqəddəsi, Məsudi və b. tərəfindən X əsrdən başlayaraq yun və pambıq emalı ilə məşğul olan iri sənətkarlıq mərkəzi kimi adı çəkilən Qarabağda xalçaların həm ipək həm də pambıqdan tikilməsini yazırlar. Qarabağın pambıqları Asiya və Avropa bazarlarında təlabatlı mallardan idi.
Hətta 1912-ci ildə Yelizavetpol quberniyasında pambıqtəmizləmə sənayesində fəaliyyətə başlayan və ilkin kapitalı 600 min manat olan “Qafqaz pambığı” aksioner cəmiyyətinin 1916-cı ildə artıq 5 milyon manat kapitalı var idi.
Qarabağda pambıq fermerlərinin çoxu imkanlı ailələr idilər. Onların hektarlarla ərazilərində əkilən pambıq həm xalça, həm də geyimlərdə istifadə edilirdi. Təkcə Şuşa şəhərində 100-ə yaxın bez parça və digər parçalar istehsal edən sexləri və dəzgahları var idi. Şuşadan Türkiyə, Qacar dövlətinə, Rusiyaya, Gürcüstana pambıqdan hazırlanan iplər və bez parçalar ixrac edilirdi.
Bu varlı ailələrin isə şəhərin və regionun iqtisadi həyatında iştirak etməsi üçün titulları yox idi. Düzdü bəzilərinin bəy –xan titulu var idi. Məsəl üçün Həm Azərbaycanın, həm də türk dünyasının ictimai-siyasi həyatında tanınan, Mustafa Kamal Atatürkün yaxın məsləhətçisi olan Əhməd bəy Ağaoğlunun atası Mirzə Həsən Qarabağa yerləşmiş məhşur Qurdlar nəslindən olan pambıq fermeri idi.
Yaxud Azərbaycan Xalq Cümhuriyyətinin parlament üzvü Fərrux bəy Kultin Şuşa qəzasının Hindarx kəndində geniş torpaq sahəsi alıb. Yeni aqrotexniki qaydada pambıq əkib, pambıqtəmizləmə zavodu tikib.
O dövrdə Azərbaycanda, xüsusilə Qarabağ bölgəsində varlı adamların, xüsusilə pambıq fermerlərinin regional iqtisadi həyatında iştirakı mümkün deyil idi, çünki bir titulu olmayan şəxsin şəhər icmasında təmsil edilməsi mental dəyərlərlə görə iznli deyil idi. Bunu nəzərə alan Rusiya impertatoru I Nikolay 1846-cı ilin dekabrında fərman imzalayır və buna əsasən Bu fərmana görə Azərbaycandan olan bəy, xan, ağa nəsilləri rus dvoryanları ilə eyni hüquqa malik hesab edilirdi. Bu qərara əsasən birinci və ikinci Rus –Rran müharibələri dövründə bəylərin, xanların əllərindən alınmış imtiyazları bərpa olunmağa başlayır.
O dövrdə pambıq işi ilə məşğul olanların gəliri çox olduğundan, bəylik rütbəsini əsasən onlar ala bilirdilər. Yerli bəylər varlı pambıq fermerlərini öz sıralarına dəvət edirdilər və birlikdə şəhərin və regionun inkişafına çalışırdılar.
Yeni bəylik titulu alan pambıq fermerləri xeyriyyə işlərində, şəhərin və regionun inkişafında böyük pullar xərc çəkməyə başladılar. Gənclərin təhsil alması, su çəkilməsi, yolların çəkilməsi, mədəni və iqtisadi işlərə fəal qoşulublar.
Qeyd edim ki, Azərbaycanın ilk müdafiə partiyası olan DİFAİ-nin əksər üzvləri elə Qarabağın pambıq bəyləri idi. Nuru Paşanın Azərbaycana gələndə maliyyəsinin əksər hissəsini bu bəylər çəkmiş idi. Cümhuriyyət ordusunda bu bəylər və onların övladları xidmət edirdilər. Ermənilərə qarşı Qarabağda savaşda iştirak edən bu bəylər idilər.
İfadənin yaranma tarixi də buradan yaranmışdır.
Niyə Üzeyir bəy bu ifadəni əsərinə salıb və onu səhv başa düşüb istehza edirlər. Məlumdur ki, Bəy bu əsəri yazanda artıq Lenin-Stalin dövrü idi və qırımızı terrorun represiyya dalğası hər an onu da qurban edə bilərdi. Burada Bəy bunu istehza kimi qeyd eləsə də, əslində subliminal olaraq Qarabağın bəylərini yada salır.
Zaur Əliyev, tarixçi alim
phrase_var_article.chosen
5
news365.az

1phrase_var_article.sources