Ulu öndər Heydər Əliyevlə şəxsi dostluğu ilə məşhurlaşan, Lerik rayonunun tanınmış fermeri "Çoban Xanış" kimi tanınan Xanış Şahıyevin böyük oğlu Miriş Şahıyev vəfat edib.
Modern.az xəbər verir ki, bu barədə "oxu.az" məlumat yayıb.
Mərhum Lerik rayonunda torpağa tapşırılıb.
Onun uzun müddətdir xəstəlikdən əziyyət çəkdiyi bildirilib.
Qeyd edək ki, Xanış Şahıyev qabaqcıl fermer təsərrüfatının başçısı və xeyriyyəçi kimi tanınıb. Heydər Əliyevin prezident olduğu dövrdə onunla dostluq münasibətləri saxlayıb. X.Şahıyevin oğulları Camal və Hüseyn Şahıyevlər Birinci Qarabağ müharibəsində, nəvələri Elgün və Altay Şahıyevlər isə Vətən müharibəsi zamanı şəhid olublar.