AZ

Paşinyan Qarabağla bağlı səhvini etiraf etdi


Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağ münaqişəsi ilə bağlı ciddi bir səhv etdiyini etiraf edib.

Musavat.com xəbər verir ki, o, sosial şəbəkələrdəki paylaşımında 1994-cü ildə atəşkəs əldə olunduqdan sonra aparılan danışıqların yalnız Qarabağın Azərbaycanın tərkibinə qaytarılması ilə bağlı olduğunu bildirib.

“Danışıqlar prosesinin başqa bir məzmunu olmayıb. Ermənistanda başqa məzmun haqqında fikirlər yalnız daxili siyasi məqsədlər üçün yayılıb,” – deyə Paşinyan vurğulayıb.

Baş nazir əlavə edib ki, 2018-ci ildə danışıqların məzmunu ilə tanış olarkən, bu reallığı özü üçün qəbul etməyib:

“Bu barədə xalqıma izahat vermədim, çünki mənim məlum patriotizm modelim buna imkan vermədi. Bu kontekstdə mən böyük bir səhv etdim".

Paşinyanın bu etirafı Ermənistanda geniş rezonans yaradıb və ictimai müzakirələrə səbəb olub.

phrase_var_article.chosen
7
2
musavat.com

3phrase_var_article.sources